ANAMA: Şuşada qalıqları aşkarlanan “İskəndər-M” raketidir | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA: Şuşada qalıqları aşkarlanan “İskəndər-M” raketidir

16:20 - 02 / 04 / 2021
ANAMA: Şuşada qalıqları aşkarlanan “İskəndər-M” raketidir

"Agentlik tərəfindən Şuşada aparılan təmizləmə əməliyyatı zamanı 15 martda iki müxtəlif yerdən raket qalıqları aşkar olundu".

1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov deyib. O bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərində 9M723 indeks kodu yoxlanılıb:

"Bu zaman məlum olub ki, bu, "İskəndər" raketin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədir. Son aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlindi ki, bu "İskəndər-M" raketidir".

Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar keçirilməkdədir.

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər