Məktəblərdə koronavirus təhlükəsi - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərdə koronavirus təhlükəsi - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

S.Xankişiyeva09:45 - 02 / 04 / 2021
Məktəblərdə koronavirus təhlükəsi - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

Son günlər koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə həssas yanaşma tələb edir.

Bu baxımdan rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) tabeliyindəki təhsil müəssisələrində tibbi-profilaktik şəraitə uyğun olaraq daha güclü tədbirlər həyata keçirilməlidir.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Məktəblərdə koronavirus təhlükəsi” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Təhsil eksperti Kamran Əsədov, "Zəngi" liseyinin direktoru, əməkdar müəllim Almaz Əsgərova, Ailə və uşaq psixoloqu Ruhiyyə Rüstəmova və ekspert Elçin Süleymanlı mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər