Azərbaycanda ən az nöqsan qeydə alınan qurumların siyahısı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ən az nöqsan qeydə alınan qurumların siyahısı açıqlandı

12:11 - 05 / 04 / 2021
Azərbaycanda ən az nöqsan qeydə alınan qurumların siyahısı açıqlandı

Hesablama Palatası ötən il üçün qurumlarda aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

1news.az-ın xəbərinə görə, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ən az nöqsan 2 halla Milli Onkologiya Mərkəzində qeydə alınıb.

Sənəddə bildirilib ki, sonrakı yerdə 3 halla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), 5 halla isə Milli Məclis, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları qərarlaşıb.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

1news.az

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər