Karantin rejimini pozan “Bəy hamamı” nda 8 nəfər cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin rejimini pozan “Bəy hamamı” nda 8 nəfər cərimələndi

S.Xankişiyeva10:53 - 09 / 04 / 2021
Karantin rejimini pozan “Bəy hamamı” nda 8 nəfər cərimələndi

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, İmişli RPŞ-yə rayon ərazisindəki “Bəy hamamı”nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən obyekt işçiləri və müştərilər daxil olmaqla 8 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər