YAP Hüseynbala Mirələmovla bağlı qərar qəbul etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

YAP Hüseynbala Mirələmovla bağlı qərar qəbul etdi

S.Xankişiyeva16:01 - 23 / 04 / 2021
YAP Hüseynbala Mirələmovla bağlı qərar qəbul etdi

Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP sıralarından xaric edilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.

Mövzu ilə əlaqədar oxuyun:

Hüseynbala Mirələmov kafedra müdiri vəzifəsindən azad edildi

“Bir qız keçdi ağsaqqalın soluna...” - Mirələmova şeir qoşdular - VİDEO

Mirələmov dünyada məşhurlaşdı – “Cimmi Kimmellə birbaşa efir”də - VİDEO

Paylaş:
910

Son xəbərlər

Bütün xəbərlər