Milli Məclis Ələt azad iqtisadi zonası ilə bağlı qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Milli Məclis Ələt azad iqtisadi zonası ilə bağlı qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib

13:04 - 04 / 05 / 2021
Milli Məclis Ələt azad iqtisadi zonası ilə bağlı qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

1news.az xəbər verir ki, məlumatına görə, qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və özündə aşağıdakıları nəzərdə tutur:

- Azad Zona rezidentinin anlayışının dəqiqləşdirilməsi. Bununla da Azad Zona rezidenti sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərlə məhdudlaşdırılacaq;

- cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin (hazırda Ələt Azad Zonasında yalnız Azərbaycan Respublikasının cinayət qanunvericiliyi tətbiq edilir) Azad zonada tətbiq edilməsi;

- Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi (buraya öz adından hüquqlar əldə etmək, öhdəliklər götürmək, əmlak əldə etmək və ona dair sərəncam vermək hüquqları aiddir);

- Azad Zonada vergitutma məsələlərinin dəqiqləşdirilməsi (buraya vergidən azad olunan subyektlərin dairəsinin məhdudlaşdırılması, işçilərdən vergi tutmanı tənzimləmək üçün daxili qaydaların qəbul edilməsi, əsas iqtisadiyyatla vergi münasibətlərinin tənzimlənməsi, ödəmə mənbəyində verginin tutulmaması və sair aiddir);

- Azad Zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyi (Azad zonada mövcud olan tənzimləmə nəzərə alınmaqla) tətbiq ediləcək;

- Gömrük işi ilə bağlı dəyişikliklər Azad zonanın fəaliyyətə başlaması zamanı gömrük münasibətlərində yarana biləcək ziddiyyətlərin aradan qaldırılması məqsədi daşıyır. Bununla da Azad Zona səlahiyyətli qurumu, inzibati müəssisələri və hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara, xidmətlərə, işlərə gömrük rəsmiləşdirilməsi (sənədləşdirmə) müqabilində yalnız gömrük yığımlarının tətbiqi nəzərdə tutulur. Eyni zamanda terminlərin dəqiqləşdirilməsi (“idxal” və “ixrac” terminlərinin “Azad Zonaya gətirilən” və “Azad Zonadan aparılan” sözləri ilə əvəz edilməsi)i həyata keçirilir;

- Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququ, habelə xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilir və yalnız Azad Zona hüquqi şəxsləri, onların investor və səhmdarları üçün saxlanılır (hazırda isə bu hüquqdan istifadə edilə biləcək şəxslərin dairəsi daha genişdir).

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qafar Ağayev

Paylaş:
49

Son xəbərlər

Bu gün şəhid Milli Qəhrəman İlqar Mirzəyevin doğum günüdür – FOTOBu gün, 10:51Vətən müharibəsində Ordumuzun məhv etdiyi növbəti düşmən hədəfləri - VİDEOBu gün, 10:45The Sero – “mobil nəslin” fırlanan televizoru – FOTOBu gün, 10:40Bakıda Polad Həşimovun adına park salınır - FOTOBu gün, 10:35Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldıBu gün, 10:25Şuşanın qayıdışına həsr olunmuş möhtəşəm videoçarx - VİDEOBu gün, 10:05Azərbaycanda 7 gün ictimai nəqliyyat işləməyəcəkBu gün, 09:44Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik! – FOTOBu gün, 09:18“Sosial ipoteka kimlərə şamil olunur? – Şərtlər” - “Çıxışa doğru”da MÜZAKİRƏ07 / 05 / 2021, 22:45Distant təhsilə keçən məktəblərdə əyani təhsil qismən bərpa olunur - TARİX07 / 05 / 2021, 20:02Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb07 / 05 / 2021, 18:10Deputat Prezidentin BBC-yə verdiyi müsahibədən danışdı: “Bu, bizim hər birimiz üçün mükəmməl bir örnəkdir” - VİDEO07 / 05 / 2021, 17:54Bu şəxslər “WhatsApp”dan istifadə edə bilməyəcək - VİDEO07 / 05 / 2021, 17:52“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib07 / 05 / 2021, 17:46Fərari ermənilər - 1580-ə yaxın cinayət işi qaldırlıb07 / 05 / 2021, 17:45Bakının küçə və parklarından birinə Polad Həşimovun adı verildi07 / 05 / 2021, 17:21Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb07 / 05 / 2021, 17:20Bakıda qanunsuz aksiya keçirməyə cəhd edənlərdən saxlanılan yoxdur - DİN07 / 05 / 2021, 17:12“Qatar Airways” Dohadan Bakıya uçuşları bərpa edir07 / 05 / 2021, 17:06Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasının müasir innovativ inkişafı07 / 05 / 2021, 16:43
Bütün xəbərlər

Next TV