“ƏDVGeriAl” layihəsindən vətəndaşlara qaytarılan pulun məbləği açıqlandı
““ƏDVGeriAl” innovativ layihəsinə başlanmasından 1 il ötür”.
1news.az xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz Twitter hesabında yazıb.
Nazir qeyd edib ki, İqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən bu layihəyə ictimaiyyət arasında böyük maraq var.
“Layihənin başlamasından indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb”.
650