Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi qaydası dəyişir | 1news.az | Xəbərlər
Siyasət

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi qaydası dəyişir

S.Xankişiyeva14:08 - 06 / 05 / 2021
Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi qaydası dəyişir

Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Qüvvədə olan qanuna görə, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının və onlara bərabər tutulanların, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilir.

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər