Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

13:21 - 07 / 05 / 2021
Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərənAzərbaycan Ordusunun sülhməramlıları Əfqanıstandan çıxarılır.

1news.az-ın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçinin Əfqanıstandan çıxarılması gözlənilir.

Qeyd olunub ki, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden may ayının 1-dən başlayaraq ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını bəyan edib.

1news.az

Paylaş:
318

Son xəbərlər

Bütün xəbərlər