Müdafiə Nazirliyi: Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır

Qafar Ağayev14:38 - 07 / 05 / 2021
Müdafiə Nazirliyi: Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır

Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır.

1news.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, Amerik Birləşmiş Ştatları may ayının 1-dən etibarən qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Bununla paralel olaraq NATO qüvvələrinin də bu ölkədən çıxarılmasına start verilib.

Ümumilikdə NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçi sülhməramlı missiyasını yerinə yetirir. Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci ilin noyabrın 20-dən başlayıb. Bu ölkədəki Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər