Məktəblərdə kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərdə kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək

S.Xankişiyeva17:09 - 08 / 05 / 2021
Məktəblərdə kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək

Summativ testlərin əyani formada keçirilməsi planlaşdırılır.

Pandemiya ilə bağlı vəziyyət obyektiv qiymətləndiriləcək və çalışacağıq ki, proses məktəb çərçivəsində həyata keçirilsin

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək: “İlin sonunda şagirdlərə daha az yük düşmək şərti ilə bir dəfə qiymətləndirilmə keçiriləcək. Nəticə olaraq yarım il qiymətinin çıxarılması planlaşdırılır".

Paylaş:
484

Son xəbərlər

Bütün xəbərlər