Hikmət Babaoğlu: “Bu dəfə “BBC News” İlham Əliyev tərəfindən tərksilah edildi” - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Babaoğlu: “Bu dəfə “BBC News” İlham Əliyev tərəfindən tərksilah edildi” - VİDEO

Qafar Ağayev11:39 - 08 / 05 / 2021
Hikmət Babaoğlu: “Bu dəfə “BBC News” İlham Əliyev tərəfindən tərksilah edildi” - VİDEO

“Prezident İlham Əliyev noyabrın 6-da “BBC News”a verdiyi müsahibə elə dərhal qlobal informasiya məkanında geniş rezonanas doğurmuşdu”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“İndi isə 3 milyon baxışı keçərək trendə çevirilib. Bu özlüyündə bir neçə kontekstdə qiymətləndirilməli mühüm hadisədir. Əvvəla qeyd etmək lazımdır ki, indiyədək ölkəmizlə bağlı heç bir xəbər yaxud məlumat “Twitter”də bu qədər izlənməmişdi. Bu yalnız məsələnin bir tərəfidir. Müzakirələrə səbəb olan və təqdir edilən əsas yanaşmalardan biri isə Azərbaycan Prezidentinin ona qarşı yönəldilən “yumşaq güc” silahını geri çevirərək effektiv şəkilədə qarşı tərəfin özünə tətbiq etməsi bacarığıdır".

Deputat qeyd edib ki, bu özü də təkcə bacarıq deyil əslində həm də çoxlarının düşündüyü lakin dilə gətirə bilmədiyi ədalətin yüksək səslə ifadə edilməsi idi.

"Çünki qlobal güc mərkəzlərinin çoxsaylı silah arsenalında ən səmərəli silahlardan biri informasiya silahıdır . “BBC News” də uzun illərdir təmsil etdiyi güc mərkəzlərinin maraqlarına mükəmməl şəkildə xidmət edib və qarşısına çıxanı özünəməxsus hücum silahı ilə sıradan çıxarmağı bacarıb. Ancaq bu dəfə tamamilə fərqli situasiya ilə qarşılaşdı və tərkisilah edildi. Müxbirin ənənəvi uydurma ittihamları, söz və mətbuat azadlığını,siyasi azadlıqları manipuliyasiya etməsi cəsarətlə dəf edildi və dəmir məntiqlə susduruldu. Prezident İlham Əliyev bildirdi ki, sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız. Bu cavabda uzun illərdir qərbin informasiya müharibəsinə qarşı, universal dəyərləri istismar edərək qarşı tərəfi əzən siyasətinə qarşı çoxlarının demək istədiyi lakin cəsarət edə bilmədiyi ağıl ,intellekt və cəsarət var idi. Ona görə də təqdirlə qarşılandı. Beləliklə də Prezident İlham Əliyev sivilizasiyaların qarşıdurması siyasətinə və islamafobiyaya xidmət edən zehniyyəti, ermənilərin vəkili kimi çıxış edən, erməni faşizimini və işğalçılıqıq siyasətini demokratiya, insan hüquqları və azadlıqları ilə pərdələməyə çalışan zehniyyəti ifşa etdi. Bu ədalətin və cəsarətin təntənəsi idi”.

Paylaş:
792

Son xəbərlər

Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10
Bütün xəbərlər