Ermənilərin Füzulidə ən çox hansı əraziləri minaladığı açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

Ermənilərin Füzulidə ən çox hansı əraziləri minaladığı açıqlanıb

S.Xankişiyeva12:25 - 08 / 05 / 2021
Ermənilərin Füzulidə ən çox hansı əraziləri minaladığı açıqlanıb

“Hazırda Füzulidə asfalt yolun bərpası həyata keçirilir. Bu səbəbdən əsasən təmas xəttindən keçən yoldakı minaları təmizləyirik. Yalnız bundan sonra asfalt xətti genişləndirilərək orada yenidən təmir işləri aparılır”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 1 saylı təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

Onun sözlərinə görə, təmizləmə bir neçə üsulla aparılır: “Bunlardan biri əllə təmizləmədir ki, bu zaman əməkdaşlar detektor və digər cihazlardan istifadə edirlər. İkinci üsul xüsusi təlim görmüş itlərin vasitəsilə ərazidəki partlamamış hərbi sursatlar axtarılır. Üçüncü üsul isə mexanika vasitəsilə minaların təmizlənməsidir. Hazırda təmizləmə əməliyyatları davam edir. Ərazidə aşkar olunan partlamış hərbi sursatlar aşkar edilərək gün sonunda partladılır”.

ANAMA rəsmisi bildirib ki, hazırda ərazidə olan 13 km ən təhlükəli ərazi olaraq qiymətləndirilir: “Ərazinin artıq 8 km-i minalardan təmizlənib. 5 km üzərində hazırda iş gedir. Ən çox mina təmas xəttindədir. Təmas xəttinə ən yaxın yerdə təxminən 8-9 mina sahəsi yerləşir”.

Paylaş:
289

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər