Azərbaycan xalqının Heydər Əliyevə məhəbbəti əbədidir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan xalqının Heydər Əliyevə məhəbbəti əbədidir

S.Xankişiyeva10:25 - 10 / 05 / 2021
Azərbaycan xalqının Heydər Əliyevə məhəbbəti əbədidir

Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü xalqımız tarixi baxımdan şərəfli olan günlərdə – müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandan, Boyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ-Vətən Müharibəsində qazandığı möhtəşəm Qələbə ilə qeyd edir.

Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz bir insan olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.

“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” – deyən Heydər Əliyevin bütün fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etməklə, ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, ölkəmizin beynəlxalq miqyasda nüfuz qazanması da Heydər Əliyev siyasətinin bəhrəsidir.

Ulu Ondərin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan dövlətçiliyinin sınağa çəkildiyi ağır, çətin vaxtlarda ilk dəfə onun rəhbərliyi ilə xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Heydər Əliyev milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmişdir.

1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmişdir. Dünyada baş verən qlobal böhran fonunda, eləcə də son bir ildə bütün dünyanı cənginə almış koronavirus pandemiyası dövründə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Məhz Ulu Öndər tərəfindən qoyulmuş siyasi kursun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi bu gün uzun illərdən bəri hamımızı narahat edən ən vacib problemin həllini – işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmiş, Azərbaycanı yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtmışdır.

Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq, cildlərlə kitablar yazmaq olar. O, bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Bu baxımdan hər il mayın 10-da Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna olan məhəbbət və ehtiramının ifadəsidir.

Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
384

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər