Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - Baş prokuror | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - Baş prokuror

S.Xankişiyeva12:00 - 10 / 05 / 2021
Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - Baş prokuror

Koronavirus xəstələrinin müalicə olunduğu klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Baş Prokuror Kamran Əliyev deyib.

O bildirib ki, fakt bağlı ictimaiyyətə ətraflı məlumat verilib:

"İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək. Bu ictimaiyyəti daha çox narahat edən məsələdir. Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək".

Paylaş:
301

Son xəbərlər

Bütün xəbərlər