Azərbaycanın döyüş təyyarələri havaya qalxdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın döyüş təyyarələri havaya qalxdı - FOTO

15:14 - 15 / 05 / 2021
Azərbaycanın döyüş təyyarələri havaya qalxdı - FOTO

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri, Bayraktar və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.

Təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.

1news.az

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər