Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub - FOTO

Qafar Ağayev14:56 - 16 / 05 / 2021
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub - FOTO

Mayın 16-da Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçirilən “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olunub.

1news.az xəbər verir ki, Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit bir il yarım müddətdən sonra pandemiya dövründə Yaxın Şərq üzrə keçirilən turizm sərgisinin postpandemiya dövrü üçün müsbət başlanğıc olduğunu bildirib.

Florian Zenqstşmit sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycan Hava Yolları” (AZAL) və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı daxil olmaqla, ölkənin turizm sektorunu təmsil edən 9 yerli tərəfdaşın qatıldığını diqqətə çatdırıb.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov sərginin Qarabağın yeni bir turizm destinasiyası kimi tanıdılması və iştirakçıları bu haqda ətraflı məlumatlandırmaq üçün yaxşı platforma rolu oynadığını qeyd edib. O, sərgi iştirakçıları tərəfindən Qarabağ bölgəsinə böyük maraq göstərildiyini bildirib.

Pandemiya şəraitində sosial izolyasiya qaydaları nəzərə alınaraq təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kvadrat metrlik sahəni əhatə edən milli stendlə təmsil olunur.

Milli stenddə iştirakçıların sayı eyni anda 25 nəfəri keçməmək şərtilə görüş və müsahibələr keçirilir.

Görüş iştirakçılarına işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Azərbaycanda pandemiya dövründə görülən işlər, mövcud olan və inkişaf etdirilən turizm məhsulları və yeni turizm təklifləri barədə məlumatlar təqdim olunur.

Qeyd edək ki, 19 mayadək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 39 minə yaxın ziyarətçi, 2500-dən çox sərgi iştirakçısı qatılıb.

Paylaş:
1250

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər