Bakıda sevgilisini qətlə yetirib, özünü güllələyən polis ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sevgilisini qətlə yetirib, özünü güllələyən polis ölüb

S.Xankişiyeva09:28 - 21 / 05 / 2021
Bakıda sevgilisini qətlə yetirib, özünü güllələyən polis ölüb

Bakıda sevgilisini öldürdükdən sonra intihara cəhd edən polis əməkdaşı Həsən Osmanov xəstəxanada ölüb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ötən gün günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı - 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə başına güllə vuraraq inthara cəhd edib.

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər