“Beoplay E8 Sport”: irəli hərəkət etməyə həvəsləndirən musiqi – FOTO/VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Beoplay E8 Sport”: irəli hərəkət etməyə həvəsləndirən musiqi – FOTO/VİDEO

11:00 - 18 / 06 / 2021
“Beoplay E8 Sport”: irəli hərəkət etməyə həvəsləndirən musiqi – FOTO/VİDEO

Özəl olaraq aktiv həyat tərzi keçirənlər üçün istehsal olunmuş, əvəzedilməz “Beoplay E8 Sport” naqilsiz qulaqcıqları məşhur “Bang & Olufsen” ustalığını və əla səs keyfiyyətlərini özündə cəmləşdirir.

Dizayn və funksionallığın özəllikləri qarşıya qoyulmuş məqsədlərə və yüksək nəticələrə çatmaq üçün musiqinin gücündən ilhamlanmağa alışmış, peşəkar idmançıların və qaçışçıların tələblərinə tam cavab verir.

“Bang & Olufsen”in Məhsulların idarə edilməsi üzrə vitse-prezidenti Kristoffer Poulsenin sözləri ilə desək: «Qulaqcıqların uzunmüddətli qaçış və idman məşqləri zamanı komfortu təmin edən su keçirməyən və idarə oluna bilən konstruksiyası, uzunmuddətli oxuma qabiliyyəti və ən əsası əla səs keyfiyyəti idman qulaqcıqlarından istifadə edənlərin önəm verdiyi 3 əsas elementlərdir. Hər kəsə məlumdur ki, musiqi, məşqlər zamanı idmançını uğurlu nailiyyətlərə daha da həvəsləndirmək üçün ən gözəl motivasiya mənbəyidir. Eyni zamanda, güclü musiqi idmançıya özünü daha effektiv ifadə etmək imkanı verən əla bir vasitədir».

Yüksək məhsuldarlıq və yüksək estetika

“Beoplay E8 Sport”, məhsuldarlığa xələl yetirməyən, yüksək səviyyəli səs və təkrarsız dizaynı özündə birləşdirir. Anodlaşdırılmış metal üzük və adaptasiya olunmuş “Bang & Olufsen” loqosu Danimarka istehsalçısının dizayn ənənələrini vurğulayır, məhsulun idman üslubunu brendin zərif estetikası ilə harmonik şəkildə birləşdirir.

Cihazdakı yivli tutacaqlar kimi diqqətlə düşünülmüş detallar yaş barmaqlarla istifadə zamanı yarana biləcək narahatlıqdan yayınmağa kömək edir, beləliklə qaçış zamanı dayanmağa və diqqəti yayındırmağa səbəb qalmır. “Beoplay E8 Sport” dəstinə daxil olan çıxarıla bilən silikon qulaqcıqları və yumşaq fiksatorlar mükəmməl oturuşu təmin edir və istifadəçinin səs keyfiyyətini itirmədən məşqlərinə diqqət yetirməsinə imkan verir. Qulaqcıqlar dörd daxili mikrofon və sensor panelləri ilə təchiz olunmuşdur ki, bunun sayəsində istifadəçi sadə bir toxunuşla musiqini dəyişə, zəng edə və səs ötürmə rejimini aktivləşdirə bilər.

“Beoplay E8 Sport” IP57 sertifikatına malikdir. Bu isə onu çirkdən, tərdən və 30 dəqiqə ərzində 1 metr dərinliyə daldıqda belə suyun daxil olmasından tamamilə qoruyur. “Bluetooth 5.1”, AAC və “aptX” kodekləri bütün “iOS” və “Android” cihazlarında mükəmməl qoşulmanı və səslənməni təmin edir. Qulaqcıqlar peşəkar idman materiallarından - rezin və toxumalı silikondan, həmçinin 50 ildən çoxdur ki, “Bang & Olufsen”in “vizit kartı” olan, möhkəm və korroziyaya davamlı anodlaşdırılmış alüminiumdan hazırlanmış kompakt şarj qutusuna yerləşdirilib. Qutu USB-C portu ilə təchiz olunmuşdur, həmçinin əlavə elektrik enerji mənbəyindən naqilsiz enerji doldurulması üçün Qi standartını dəstəkləyir. “Beoplay E8 Sport” öz sahəsində ən qabaqcıl batareyası ilə bir yükləmədə 7 saata qədər, yükləmə qutusundan istifadə edərək isə 30 saata qədər uzunmüddətli davamlı oxutmanı təmin edir.

“Fernando Alonso Beoplay E8 Sport” idman qulaqcıqları

Məhdud saya malik “Fernando Alonso Beoplay E8 Sport” qulaqcıqları “Formula 1” yarışı üzrə ikiqat Dünya çempionu və iki dəfə “24 saat Le-Man” avtoyürüşünün qalibi olmuş Fernando Alonso ilə birlikdə hazırlanmışdır. Mükəmməl səs keyfiyyəti onları yarışa hazırlaşan sürücü üçün ideal seçimə çevirir. İdmançı özünəinam və adrenalin qazanmaq üçün ən sevdiyi musiqinin sədaları altında diqqətini qarşıya qoyulmuş məqsədə cəmləşdirə bilir. “Fernando Alonso Beoplay E8 Sport” qulaqcıqları, üzərində Alonsonun rəsmi loqosunun əks olunduğu naqilsiz qara enerji yükləmə qutusunda təqdim edilir. Sensor idarəetməsinə malik yaşıl anodlaşdırılmış alüminium üzüklə təqdim edilən hər qulaqcıq dəstinin birində “Bang & Olufsen” loqosu, digərində Fernando Alonsonun imzası əks olunub. Bu buraxılış seriyası 66 ədəd istehsal edilmişdir: Bu mövsüm “Indy 500” yarışında Fernando Alonsonun avtomobilinin nömrəsi də məhz 66-dır.

Tam dəst, qiymət və əlçatanlılıq

“Beoplay E8 Sport” qulaqcıqları premium naqilsiz enerji yükləmə qutusu, 5 ədəd çıxarıla bilən qulaqcıq ucluqları, üzgəc şəkilli 3 cüt yumşaq fiksator və USB-C enerji yükləmə naqili ilə təchiz edilmişdir.

Çeşidə qara və mavi rənglərdə qulaqcıqlar daxildir.

Azərbaycanda “Bang & Olufsen” məhsullarını “Italdizain”, “Alma Store”, “Kontakt Home”, “Irshad Electronics” mağazalarında əldə etmək olar. .

Qısa xülasə

“Bang & Olufsen” 1925-ci ildə Danimarkanın Struer şəhərində qurulan lüks bir səs brendidir. Onun yaradıcıları olan Peter Bang və Svend Olufsenin yanaşması və işə sadiqliyi bu günə qədər də şirkətin fəlsəfəsinin mərkəzində dayanır.. Təxminən bir əsrdir ki, “Bang & Olufsen” səs texnologiyasının sərhədlərini aşaraq akustik yeniliyin ön sıralarında irəliləməyə davam edir. Bu gün də brendin məhsulları əla səs, zamanı qabaqlayan dizayn və misilsiz sənətkarlığın bənzərsiz birləşməsi ilə xarakterizə olunur. Şirkətin yenilikçi və mütərəqqi məhsulları bütün dünyada “Bang & Olufsen” mağazalarında, bang-olufsen.com saytı və bir sıra pərakəndə satış mağazalarında satılmaqdadır.

Şirkətdə təxminən 700 əməkdaş çalışır. Brend dünyada 70-dən çox bazarda təmsil olunur. “Bang & Olufsen” şirkətinin səhmləri, NASDAQ Copenhagen A/S-da tədavül edilir.

Daha çox məlumat: www.bang-olufsen.com saytında.

Reklam hüququnda

Paylaş:
376

Son xəbərlər

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunubBu gün, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcəkBu gün, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTOBu gün, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdürBu gün, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıbBu gün, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTOBu gün, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavabBu gün, 14:45Balakəndə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 14:35İlham Əliyev: Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyibBu gün, 14:11İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıbBu gün, 14:04Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - YENİLƏNİBBu gün, 13:56Bakıda həbsdə olan Qukasyan haqda yeni qərarBu gün, 13:47Köç karvanı Şuşaya çatıb - YENİLƏNİBBu gün, 13:42Nazir: Azərbaycanla Ermənistan arasında baş verən müsbət irəliləyişləri tarixi nəticə adlandıra bilərikBu gün, 13:33Ceyhun Bayramov: Azərbaycan hər zaman ATƏT-in prinsiplərinə riayət edibBu gün, 13:16ATƏT sədri: Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olması bizim üçün prioritetdirBu gün, 13:06Günel Ağazadə: “Azərbaycanda təhsil, səhiyyə, menecment, marketinq sahəsi sözün əsl mənasında inkişaf edib, amma əmlak sahəsi hələ bazarda ikonlaşmayıb”Bu gün, 13:03Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:59Ceyhun Bayramov: ATƏT sədri Ermənistanla normallaşma prosesi haqqında məlumatlandırıldıBu gün, 12:55Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri brifinq keçirirBu gün, 12:43
Bütün xəbərlər