Qarabağa qanunsuz silah daşıyan erməni şirkətlərinin rəhbərləri beynəlxalq axtarışa verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağa qanunsuz silah daşıyan erməni şirkətlərinin rəhbərləri beynəlxalq axtarışa verildi

12:57 - 18 / 06 / 2021
Qarabağa qanunsuz silah daşıyan erməni şirkətlərinin rəhbərləri beynəlxalq axtarışa verildi

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluqdan verilən məlumata görə, belə ki, bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Respublikasına və oradan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə qaçaq yolla xüsusilə külli miqdar dəyərində silah sursatların, hərbi texnikanın qanunsuz olaraq daşınması barədə dərc edilmiş məlumatlar üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılmışdır.

Müəyyən edilmişdir ki, biznes fəaliyyəti ilə məşğul olan, "Taşir" şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda "boz biznesmen" kimi tanınan və "Royalsys Engineering" şirkətinin sahibi David Qalustyan, "KOMEX" şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyriləri Ermənistan Respublikasının Silahlı qüvvələrini qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə "Beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyasının, "Avropada Adi Silahların Məhdudlaşdırılması" haqqında Müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi ilə, eləcə də Ara Abramyan tərəfindən alınmış "İLYUSHİN-76TD" tipli, yük daşıma təyinatlı təyyarə ilə - ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib Ermənistan Respublikasına və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil etmişdir.

Faktla bağlı 28 aprel 2021-ci il tarixdə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.

Qeyd edilən əməllərə görə Karapetyan Samvel Sarkisoviç, David Qalustyan və Ara Abramyan CM-nin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü ( qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib.

Hal-hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən xarici ölkələrin aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatətlər göndərilmişdir.

Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi davam etdirilir.

1news.az

Paylaş:
244

Son xəbərlər

İlham Əliyev: Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyibBu gün, 14:11İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıbBu gün, 14:04Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - YENİLƏNİBBu gün, 13:56Bakıda həbsdə olan Qukasyan haqda yeni qərarBu gün, 13:47Köç karvanı Şuşaya çatıb - YENİLƏNİBBu gün, 13:42Nazir: Azərbaycanla Ermənistan arasında baş verən müsbət irəliləyişləri tarixi nəticə adlandıra bilərikBu gün, 13:33Ceyhun Bayramov: Azərbaycan hər zaman ATƏT-in prinsiplərinə riayət edibBu gün, 13:16ATƏT sədri: Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olması bizim üçün prioritetdirBu gün, 13:06Günel Ağazadə: “Azərbaycanda təhsil, səhiyyə, menecment, marketinq sahəsi sözün əsl mənasında inkişaf edib, amma əmlak sahəsi hələ bazarda ikonlaşmayıb”Bu gün, 13:03Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:59Ceyhun Bayramov: ATƏT sədri Ermənistanla normallaşma prosesi haqqında məlumatlandırıldıBu gün, 12:55Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri brifinq keçirirBu gün, 12:43Xəzərin Azərbaycana mənsub sularında 26 kq narkotik aşkar olunub - FOTOBu gün, 12:23Antiinhisar Dövlət Xidməti bloqerlərə qumar oyunlarının reklamı ilə bağlı xəbərdarlıq edibBu gün, 12:16Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıbBu gün, 12:06DİN: Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdırBu gün, 12:00Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildiBu gün, 11:57Azərbaycanın XİN başçısının ATƏT-in fəaliyyətdə olan sədri ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:43Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 11:23Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİBBu gün, 11:01
Bütün xəbərlər