“Müharibədən sonra Azərbaycan ədəbiyyatı” – “Çıxışa doğru”da MÜZAKİRƏ

1990-cı illərdən başlayaraq ədəbiyyatımızda Qarabağın məğlub və kədərli tərənnümündən, insanın pessimist ovqatından başqa heç nə görmədik.
Ümumiyyətlə, doxsanıncı illər poeziyamız Qarabağın fəthi barədə düşüncələrə deyil, daha çox Xocalının matəminə qapıldı. Bu mənada, etiraf edək ki, otuz illik poeziyamız 44 günlük savaşımızın ruhuna uduzdu. Çağdaş poeziya Azərbaycan əsgərinin ruhuna hopa bilmədi, bu ruhla yanaşı addımlaya bilmədi. Əsgərlə bir səngərdə ola bilmədi.
Müharibə - körpələrin təəccüb və dəhşətdən bərələn gözləri, anaların sevinci silinmiş hüznlü üzləridir... İnsanlıq tarixi yüzlərlə müharibəyə şahidlik edib. Səbəbləri və vasitələri nə olursa-olsun, müharibə hər zaman qan, göz yaşı, ah-nalə, anaların fəryadı, oğulların, ərlərin itkisi, qurbanlar və faciələr deməkdir. Lakin 44 günlük Vətən müharibəmizin, haqq uğrunda savaşımızın göstərdiyi kimi, müharibə həm də bəzən illərcə sürən sülhün bəxş edə bilmədiyi öz torpaqlarına sahiblənmək haqqı, xalqın qürurunun geri qayıtması üçün vacib, qaçılmaz olan qərarıdır...
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Müharibədən sonra Azərbaycan ədəbiyyatı” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – yazıçı-publisist Yunus Oğuz, əməkdar incəsənət xadimi, yazıçı, teleaparıcı Orxan Fikrətoğlu, yazıçı-dramaturq İlqar Fəhmi və yazıçı Səlim Babullaoğlu mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
.jpeg)

.jpeg)
.jpeg)