28 iyunda avtobuslar işləməyəcək? - BNA-dan açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

28 iyunda avtobuslar işləməyəcək? - BNA-dan açıqlama

Qafar Ağayev10:07 - 25 / 06 / 2021
28 iyunda avtobuslar işləməyəcək? - BNA-dan açıqlama

Bakı Nəqliyyat Agentliyi 28 iyunda Bakı şəhərində müntəzəm sərnişindaşımaları fəaliyyəti ilə bağlı məlumat yayıb.

1news.az xəbərinə görə, məlumatda bildirilib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.

Məlum olduğu kimi 26 iyun Silahlı Qüvvələr günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir.

Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.

Paylaş:
761

Son xəbərlər

Bütün xəbərlər