Milli Məclisin nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyində olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyində olub - FOTO

Qafar Ağayev09:41 - 29 / 06 / 2021
Milli Məclisin nümayəndə heyəti ölkəmizin Macarıstandakı səfirliyində olub - FOTO

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Macarıstanda rəsmi səfərdədir.

Milli Məclisin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, iyunun 28-də nümayəndə heyətinin üzvləri Azərbaycanın Macarıstandakı səfirliyinə gəlib, burada səfirlik əməkdaşları üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

Deputatlarımız səfirlikdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, əməkdaşlarla səfirliyin fəaliyyəti barədə söhbətlər aparıblar.

Paylaş:
441

Son xəbərlər

Bütün xəbərlər