Son sutkada COVID-19 əleyhinə 88 978 vaksin vurulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada COVID-19 əleyhinə 88 978 vaksin vurulub

S.Xankişiyeva16:41 - 30 / 06 / 2021
Son sutkada COVID-19 əleyhinə 88 978 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 88 978 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 804, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48 174 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 511 219, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 214 990, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 296 229 təşkil edir.

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər