Rəhman Hacıyev: “İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür”
“Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz düşmən üzərində qələbə qazanıb, 30 il işğal altında olan torpaqları işğaldan azad edilib”
1news.az xəbər verir ki, bunu “Karabakh.Center” internet resursunun təqdimat mərasimində Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.
“Biz birləşərək bütün dünyaya mesaj göndərmişik. İstənilən problemi birləşərək həll etməyə qadirik. İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür. Bizim “Qarabağ Mərkəzi” adlanan bu layihə də dünya ictimaiyyətinə bu zərərin həcmini çatdırmaq üçün yaradılıb. Prezident İlham Əliyevin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafla bağlı sənəddə nəzərdə tutulan 5 əsas prioritetdən biri də Böyük Qayıdışdır. Biz həmin həmrəyliyin nümayişi olan platformayıq”.