Bosch şirkəti “Gələcək nəsillərə yaşıl bir dünya buraxmaq üçün əl-ələ” aksiyası keçirtdi – FOTO – VİDEO

“Bosch Məişət Texnikası brendi ətraf mühiti qorumaq üçün fəal şəkildə çalışır və bunun bariz nümunəsi kimi – mütəmadi olaraq dünyada ağac əkmə tədbirləri təşkil edilir.
Bu, gələcək nəsillərə qoyacağımız mirasdır” – bunu BSH TR brend-kommunikasiyalar üzrə regional eksperti Fidan Sultanova 1news.az-a bildirib.
Ətraf mühitin mühafizəsi, yaşıllıqları qorumaq, ağac əkmək – hər birimizin üzərinə düşən vacib missiyadır.
Bosch Məişət Texnikası – öz işinin əsasına innovasiyaları və biznesin davamlı inkişafını qoyan BSH şirkətinə məxsus alman məişət texnikası markasıdır. Yuxarıda göstərilən prinsipləri rəhbər tutaraq şirkət yaşıllıqların sayının artırılmasına, ağacların əkilməsinə və ətraf mühitin qorunmasına yönəlmiş müxtəlif tədbirlər və layihələr həyata keçirir.
Belə aksiyalardan biri iyunun 24-də Bakıda baş tutub. Bakının Sabunçu rayonunda yerləşən “Gülüstan” parkının ərazisində paytaxtın müxtəlif təhsil müəssisələrindən olan 60 şagird və tələbənin iştirak etdiyi ağacəkmə aksiyası keçirilib.
Tədbirin daha maraqlı olması üçün könüllülər üçün əyləncəli müsabiqələr də təşkil edilib.
BSH TR brend-kommunikasiyalar üzrə regional eksperti Fidan Sultanova 1news.az-a verdiyi müsahibəsində hər il bu cür aksiyaları keçirmək niyyətində olduqlarını söyləyib. Bundan əlavə, şirkət uşaqlar üçün park açmağı da planlaşdırır.
“Ətraf mühitin müdafiəsi və yaşıllıq sahələrinin qorunması məsələsi bizim üçün hər zaman mühüm yer tutduğundan şirkətimiz dünyanın bir çox yerlərində oxşar tədbirlər həyata keçirir. Bu problem bütün dünyada aktualdır. Xüsusilə də daha çox problem böyük şəhərlərə aiddir.
Məktəblilərin və tələbələrin aksiyaya cəlb olunması da təsadüfi deyil. Belə ki, gənc nəslin diqqətini bu məsələyə yönəltmək və onların tərbiyəsinə töhfə vermək istəyirik. Onlar ətraf mühitə qayğı ilə yanaşmalı, eləcə də ağac əkməyi bacarmalıdırlar. Axı ətrafdakı hər şey gözəl və yaşıl olduqda daha xoş olur.
Yeri gəlmişkən, aksiya çərçivəsində gənclərə ağac əkməyi və onlara qulluq etməyi öyrədirik. Bəlkə də onlar gələcəkdə böyük şirkətlərdə çalışdıqları zaman oxşar aksiyaları həyata keçirmək istəyərlər. Lakin məsələ sadəcə ağac əkməklə kifayətlənmir. Ağaclara qulluq etmək və onları suvarmaq lazımdır. Bu mərhələni də nəzarətdə saxlayacağıq.
ADA School-un tələbələri səmimi olaraq etiraf etdilər ki bu cür aksiyalar gənc nəslin nümayəndələri arasında aktual problemlərə marağı oyadır.
Aksiya çərçivəsində “Gülüstan” parkının ərazisində 100-dən çox ağac əkilib. Əsasən bu, Eldar şamıdır.
Bakı şəhər Yaşıllaşdırma Birliyinin Sabunçu filialının Yaşıllaşdırma şöbəsinin müdiri Razim Əfəndiyev bu aksiyada fəal iştirak edib və könüllülərə ağac əkməkdə kömək edib:
“Könüllülərə ağacların necə əkilməsindən və onlara necə qulluq göstərilməsindən danışacağıq. Bu parkda çoxlu Eldar şamı var, ona görə də bu ağacları əkməyə qərar verdik”.
Tədbirin sonunda Bosch Məişət Texnikası markasının təbliğ etdiyi sağlam həyat tərzini dəstəkləmək üçün bütün könüllülər üçün meyvə kokteylləri və faydalı smuzilər hazırlandı. Lakin şübhəsiz ki, iştirakçıların tədbirdən qazandıqları əsas şey – ətraf mühitə qayğı göstərməyin vacibliyi barədə biliklər oldu.