Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək

S.Xankişiyeva10:20 - 07 / 07 / 2021
Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardımın göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə "Resmi Gazete" məlumat yayıb.

Sənəd 2021-ci ilin martın 31-də imzalanıb.

Sazişə əsasən Türkiyə Azərbaycana dostluq jesti olaraq 100 min qutu Favipiravir dərmanı göndərəcək.

Paylaş:
260

Son xəbərlər

Bütün xəbərlər