Ən parlaq ulduzlar 2021-ci ilin Kann Film Festivalının açılışında – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Ən parlaq ulduzlar 2021-ci ilin Kann Film Festivalının açılışında – FOTO – VİDEO

S.Xankişiyeva17:15 - 08 / 07 / 2021
Ən parlaq ulduzlar 2021-ci ilin Kann Film Festivalının açılışında – FOTO – VİDEO

“Və budur, digər heç bir ilə bənzəməyən bir ildən sonra, gözəl geyimlərimizlə burdayıq. Qlamur üçün darıxmışdınız? Mən çox darıxmışdım!” - deyə Kann Film Festivalının açılışında Hollywood ulduzu Codi Foster bildirdi.

Codi bu il Kann Film Festivalının ən yüksək mükafatı olan - fəxri “Qızıl palma budağı” mükafatı laureatı oldu. Mükafatı aktrisaya İspan rejissoru Pedro Almadovar təqdim edib. Bu mükafat tarixində doqquzuncu belə mükafatdır.

“Mavritaniya” ulduzu açılışa, festivalın əfsanəvi tərəfdaşı olan Chopard zərgərlik evinin təqdim etdiyi brilliant sırğalarının parıldamasını heyrətamiz bir şəkildə vurğulayan sadə bir Givenchy paltarında gəldi.

Həmçinin, Cesika Çesteyn Dior-dan möhtəşəm qara paltarı və Chopard-dan olan göz qamaşdıran yaqut boyunbağı ilə fotoqrafların diqqətini çəkdi. Qırmızı saçları ilə mükəmməl şəkildə uyğunlaşaraq, müxbirlərin kamera işıqlarını özünə cəlb edirdi.

Jean Paul Gaultier-dən qara şleyfli olan ağ paltarda və Chopard-dan olan brilyant sırğalarına üstünlük verən model Bella Hadid də hər kəsi heyrətə saldı.

Öz növbəsində Karla Bruni Celine-dan səma mavisi rəngli paltarda kövrək və incə görünürdü. İmicinin zərifliyini rəngli daşlarla işlənmiş böyük Chopard qolbağı ilə vurğuladı.

Amerikalı aktrisa Meqqi Cillenhol da Celine və Chopard tandeminə üstünlük verdi. İsveçrə zərgərlik Evinin sırğalarını, uçan atqısı olan zərif ağ paltarı ilə mükəmməl şəkildə tamamladı.

Modellər Eliza Senavi və Doria Tillier digərləri kimi işıq saçdılar.

İtalyalı Eliza Senavi, möhtəşəm çıxış üçün payetli yaşıl paltar və Chopard-dan heyranedici zümrüd və brilliantlı sırğaları seçdi.

Fransız xanım Doria Tillier daha çox Chopard-dan brilliant-çilçıraq sırğalarını vurğulayaraq, sadə bir ağ paltar seçdi.

Bu ilki festivalda kişilər təmkinli və zərif idilər. Və biz sadəcə iki möhtəşəm görünüşü qeyd etməyə borcluyuq.

Venesuela aktyoru Alehandro Nones, qalstukunu cazibədar şəkildə düzəldərək, Chopard-dan saatı nümayiş etdirirdi.

Cənubi Koreyalı aktyor, məşhur "Parazitler" serialının qəhrəmanı Son Kanq Ho da bu əfsanəvi İsveçrə markasının saatlarına üstünlük verdi.

Beləliklə, Ulduz Paradı başa çatdı və dünyanın ən qədim və ən prestijli film festivallarından biri açıldı!

Bu il Kann Film Festivalının əsas mükafatı uğrunda 24 film yarışacaq və ümumilikdə 60-dan çox film fərqli festival hissələrində nümayiş ediləcək.

Bu filmlər haqqında ətraflı məlumatı sizə növbəti reportajda verəcəyik.

Bakıda yerləşən Chopard İsveçrə Zərgərlik Evinin zinət əşyaları 28 May küç., 9 ünvanında yerləşən butikdə təqdim olunur.

Əlaqə: +99412 493 03 08 / +99451 201 92 90

Paylaş:
7413

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər