Baş Prokurorluq polis rəisinin intiharı ilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq polis rəisinin intiharı ilə bağlı məlumat yaydı

Qafar Ağayev12:32 - 09 / 07 / 2021
Baş Prokurorluq polis rəisinin intiharı ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Bakıda polis rəisinin özünü öldürməsi ilə bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər