Bakının mərkəzində yol çökmək üzrədir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində yol çökmək üzrədir – FOTO

S.Xankişiyeva10:32 - 13 / 07 / 2021
Bakının mərkəzində yol çökmək üzrədir – FOTO

Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsində yolun asfalt-beton qatı çökmək üzrədir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli problemin qısa zamanda həll olunacağını bildirib.

"Göründüyü kimi ərzidə 2 kommunikasiya xəttinin baxış qapaqları var. Çox güman ki, həmin ərazidən keçən kommunikasiya xəttində hər hansısa bir problem var ki, belə hallar baş verir. Təbii ki, əgər, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ərazidə olarkən belə hallarla rastlaşırlarsa, dərhal aidiyatı üzrə məlumat verilir və problemin aradan qaldırılması üçün addım atılır. Orda kommunikasiya xəttində hər hansısa problem varsa, buna cavabdeh olan qurumun əməkdaşları dəvət olunur, baxış keçirilir, problem aradan qaldırılır və daha sonra asfalt-beton örtüyü bərpa edilir. O cümlədən vətəndaşların müraciəti, eyni zamanda sosial şəbəkələrdə yayılan foto-video faktlar əsasında da biz dərhal araşdırmalara başlayıb, problemin aradan qaldırılması üçün işlər aparırıq".

Qurum rəsmisi bildirib ki, kommunikasiya xətlərinə aidiyatı qurumlar nəzarət etməlidir, lakin bu, yolda baş verirsə, avtomobillərin, piyadaların hərəkətində problem yaşanmaması üçün bəzən özümüz həmin qurumlara müraciət etmədən işlər görürük.

"Ötən gecə sosial şəbəkədə 8 Noyabr prospekti ilə kəsişmədə olan bir küçənin kənarında baxış qapağının qırıldığı barədə məlumat yayılmışdı. Səhər saatlarında əraziyə bizim əməkdaşlar göndərildi və qısa müddət ərzində aidiyatı quruma məlumat verilmədən həmin problem aradan qaldırıldı. Bu kimi hallar olanda, dərhal reaksiya veririk".

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Trend-ə açıqlamasında yol çökməsi faktı ilə bağlı məsələnin araşdırılması üçün əraziyə işçi qrupun göndərildiyini bildirib.

Paylaş:
254

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər