MacBook Air M1 – inanılmaz performansa sahib səssiz ultrabuk - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

MacBook Air M1 – inanılmaz performansa sahib səssiz ultrabuk - FOTO

14:30 - 14 / 07 / 2021
MacBook Air M1 – inanılmaz performansa sahib səssiz ultrabuk - FOTO

2020-ci ildə Apple inqilabi addım atdı: MacBook Air M1-i təqdim etdi. O, texnologiya sahəsində böyük sıçrayışa səbəb oldu və dünyanın ən çox satılan 13 düymlük noutbukuna çevrildi.

Digər sistemlərdən bu kompüterə keçid etməyə dəyər. Və bu köhnə noutbukunuzu yeniləmək üçün ən yaxşı seçimdir. Səbəbləri isə bunlardır.

M1: kiçik, lakin çox güclü

Əvvəllər Mac-da bir neçə çip quraşdırılırdı. Onların hər biri ayrı-ayrı komponentlərə cavab verirdi: yaddaş, qrafika, giriş-çıxış kontrollerləri və s. M1-in çıxışı ilə isə əvvəllər fərqli çiplərdən asılı olan tapşırıqların icrası indi birinə inteqrasiya edildi. Mövcud olan ən sürətli və ən qabaqcıl çip.

Bu inteqrasiya səviyyəsi inanılmaz güc və əməliyyatların sürətli icrasını təmin edir. Üstəlik, o, inanılmaz dərəcədə enerji qənaətlidir: yeni Mac bircə şarjla 18 saatadək işləyə bilir!

M1 üzərindəki 8 nüvəli prosessor tapşırıqların ağırlığını səmərəli şəkildə paylayır. Ağır tapşırıqlar performans nüvələrinə, veb-sörfinq və film izləyişi kimi sadə tapşırıqlar - səmərə nüvələrinin payına düşür. Bu səbəbdən noutbuk batareyanı uzun müddət saxlayır. Əvvəlki nəsil Intel prosessorlu kompüterlərlə müqayisədə MacBook Air M1 3,5 dəfəyə qədər sürətlidir. O, iPhone və ya iPad kimi dərhal yuxu rejimindən oyanır, tətbiqlər isə kursoru nişandan çəkməzdən öncə işə salınır.

M1-ə fərdi kompüterlər üçün nəzərdə tutulmuş dünyanın ən sürətli qrafik prosessoru quraşdırılıb. İndi qrafika ilə işləmək daha rahat oldu. Lightroom, Photoshop, Final Cut Pro və digər proqramlar mükəmməl işləyir. Apple Arcade-dan kompleks qrafikalı oyunlar isə sadəcə uçur.

16 nüvəli Neural Engine sayəsində maşın öyrənməsi 9 dəfəyədək artdı. Kompüter nə dediyinizi dərhal tanıyır, səs yazılarında alqışları gülüşdən ayıra bilir və şəkildə sizi və ya yaxınlarınızı tapır.

Ekran

Yüksək keyfiyyətli displey – kompüter arxasında çox işləyənlər üçün vacib şərtlərdən biridir. Və qrafika ilə məşğul olan hər kəs - dizaynerlər, fotoqraflar, rəssamlar, video redaktorlar və digər mütəxəssislər üçün həyati zərurətdir.

MacBook Air M1 genişlənmiş rəng qamması (P3) və 2560x1600 piksel ayırdetməli Retina displey ilə təchiz olunub. Maksimum parlaqlıq 400 nitdir, antiblik örtük isə parlaq günəş işığı altında da işləməyə imkan verir. Kompüterdə işləyərkən gözlərinizi daha az yormaq üçün True Tone texnologiyası nəzərdə tutulub. O, displeyin temperaturunu ətraf işıqlanmanın rəng temperaturuna uyğun avtomatik olaraq tənzimləyir.

Klaviatura

Çox çap etdiyiniz zaman klaviatura sanki barmaqlarınızın davamı olur. Proqramçılar, jurnalistlər, SMM menecerlər, kopirayterlər və həyatı mətnlə əlaqəli olan digər insanlar bunu yaxşı anlayır. MacBook Air M1 «qayçı» mexanizmli Magic Keyboard klaviaturası ilə təchiz olunub: yumşaq və səssiz klaviatura düymələri, xoş kliklər və yumşaq ani reaksiya. Dil isə Fn düyməsi ilə dəyişdirilir – onun üzərində qlobus işarəsi var. Hər şey iPhone-da olduğu kimi sadə və tanışdır.

Jest dəstəyi ilə quraşdırılmış trekpad mausu tamamilə əvəz edir - bu, erqonomikanın lehinə olan digər üstəlikdir.

Ventilyatorsuz – yalnız sakitlik

Apple mümkün olmayanı bacardı: gücü ultra kompakt etməyi. MacBook Air-in ölçüləri çətinlik çəkmədən onu özünüzlə daşımağa imkan verir. 13 düymlük noutbukun qalınlığı - 1,61 sm, çəkisi isə cəmi 1,29 kq-dır. Bu Mac əl çantasına asanlıqla yerləşir. Onu havada və ya dizin üstündə tutmaq rahatdır.

Yeni MacBook-da ventilyatorlar olmadığı üçün o, qızmır və səssiz işləyir. Sistemin yaratdığı istilik alüminium soyuducu ilə idarə olunur. Səslə işləyirsinizsə və ya sakit mühitdə çalışmağa üstünlük verirsinizsə, texnikanın səssizliyi xüsusilə vacibdir.

P.S.: MacBook Air M1- gələcəyin cihazıdır. Performans baxımından bu cihaz peşəkar kompüterləri bir çox xüsusiyyətlərinə görə üstələyə bilər. Və onlardan fərqli olaraq, incədir, yüngüldür və bircə şarjla uzun müddət işləyə bilir. Mətni çap edin, qrafika, video, səs və ya kodla işləyin - MacBook Air M1 sizin ehtiyaclarınızı qarşılamaq üçün hazırlanmışdır.

Haradan əldə etmək olar?

İyulun 16-da Dəniz Mall-da üçüncü Apple Premium Reseller statuslu və ən böyük Alma Store mağazasının rəsmi açılışı olacaq. Açılışa özəl 16 iyuldan 18 iyula qədər Apple texnikasına xüsusi təkliflər keçərli olacaq.

24 aya qədər faizsiz taksit. 5 bankdan birinin təklifindən istifadə edə və bəyəndiyiniz məhsul üçün taksit planı rəsmləşdirə bilərsiniz. Əlavə və ya gizli ödənişsiz. Təklif aşağıdakı məhsulların satın alınmasına aiddir:

• iPhone 11 64 GB (Black, Purple);

• iPhone 12 Pro 128 GB (Graphite, Gold, Pacific blue);

• iPad 10.2 32 GB (Space gray);

• MacBook Air M1 (Silver);

• AirPods 2.

+1 illik əlavə zəmanət. Cihazı aldığınız zaman 12 deyil, 24 ay rəsmi beynəlxalq zəmanət əldə edəcəksiniz. Rahat ola bilərsiniz: cihazınız sıradan çıxsa belə, sizin texnika müdafiə altındadır. Təklif aşağıdakı məhsullara aiddir:

• iPad 10.2 32 GB (Space gray);

• MacBook Air M1 (Silver);

• AirPods 2.

Trade-in. Bu, köhnə iPhone-nu təhvil verdikdə yenisini əldə etmək imkanı verən xidmətdir. Bu, sürətli və rahatdır: köhnə cihazınızdakı bütün məlumatları sildiyiniz barədə narahat olmağınıza ehtiyac yoxdur. Və alıcı tapmaq, onlarla görüşmək üçün vaxt sərf etmək lazım deyil.

Hər şey daha asandır: köhnə iPhone-nu Alma Store mağazasına təhvil verirsiniz və yenisini almaq üçün 600 AZN-ə qədər qənaət əldə edirsiniz. Qalan fərqi hissə-hissə ödəyə bilərsiniz. Məbləğ smartfonunuzun modelindən və vəziyyətindən asılıdır. Mütəxəssislərimiz bunu 5 vəziyyətə görə qiymətləndirirlər: «mükəmməl», «yeni kimi», «yaxşı», «işlək», «zədəli». Mütəxəssislər son qiyməti yalnız cihazın vəziyyətini tam qiymətləndirdikdən sonra verəcəklər. Təklif aşağıdakı məhsullara aiddir:

• iPhone 11 64 GB (Black, Purple);

• iPhone 12 Pro 128 GB (Graphite, Gold, Pacific blue).

Xüsusi təkliflər yalnız 16, 17 və 18 iyul tarixlərində «Dəniz Mall»-da yerləşən yeni Alma Store mağazasında keçərlidir.

Aksiya çərçivəsində cihazları əldə etmək imkanı qazanacaq zəmanətli iştirakçılardan biri olmaq üçün Alma Store mağazasının saytında öncədən sifarişi rəsmləşdirin. Bunu 9 iyuldan 16 iyul daxil olmaqla və ya aksiyadakı məhsullarının bitməsinə qədər edə bilərsiniz! Yeni Apple cihazınızı «Dəniz Mall»-dakı mağazanın açılış günü təhvil ala bilərsiniz.

Alma Store - Azərbaycan Respublikasında Apple Premium Reseller statuslu yeganə satış mərkəzidir. Alma Store ekspertləri sizə uyğun modeli seçməyə və noutbuku tənzimləməyə kömək edəcək. Mağazadan çıxmazdan əvvəl artıq Mac-dan istifadə edə biləcəksiniz.

Alış-veriş üçün Alma Store-a gəlin!

Reklam hüququnda

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər