“Karabakh.Center” layihəsinin əhəmiyyəti və hədəfləri” – “Çıxışa doğru”da MÜZAKİRƏ

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmən üzərində qələbə qazanaraq 30 il işğal altında olan torpaqları azad edib.
İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür. Elə buna görə də dünya ictimaiyyətinə bu zərərin miqyasını çatdırmaq üçün “Qarabağ Mərkəzi” yaradılıb”.
Prezident İlham Əliyevin qəbul etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan beş əsas prioritetdən biri də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə təcavüzkar ölkə üzərində tam üstünlüyümüzün sübutu olmaqla yanaşı, həm də Azərbaycan xalqının bütün dünyaya özünəməxsus mesajıdır. Biz ədalətsizliklə heç vaxt barışmamışıq və milli maraqlarımızı qorumaq üçün “dəmir yumruq” kimi birləşmişik.
1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Karabakh.Center” layihəsinin əhəmiyyəti və hədəfləri” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli, BDU-nun jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist Vüqar Zifəroğlu, Qarabağ Dirçəliş Fondunun Fandreyzing və Kommunikasiya şöbəsinin rəhbəri Aybəniz İsmayılova və “Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
.jpeg)

.jpeg)

