SOCAR: İstismar etdiyimiz dəniz özüllərinin heç birində qəza baş verməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

SOCAR: İstismar etdiyimiz dəniz özüllərinin heç birində qəza baş verməyib

S.Xankişiyeva17:33 - 17 / 07 / 2021
SOCAR: İstismar etdiyimiz dəniz özüllərinin heç birində qəza baş verməyib

Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib:

"Əməliyyatlar normal rejimdə davam edir. SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib. İctimaiyyətin sorğularına əsasən apardığımız araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə köhnə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik. Məlumata görə hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib".

Paylaş:
428

Son xəbərlər

Bütün xəbərlər