Yüksək məhsuldarlıq, ekoloji davamlılıqla hesablama: “Dell Technologies” ləptopları və monitorlarının yeni çeşidləri | 1news.az | Xəbərlər
Cəmiyyət

Yüksək məhsuldarlıq, ekoloji davamlılıqla hesablama: “Dell Technologies” ləptopları və monitorlarının yeni çeşidləri

Qafar Ağayev18:21 - 27 / 07 / 2021
Yüksək məhsuldarlıq, ekoloji davamlılıqla hesablama: “Dell Technologies” ləptopları və monitorlarının yeni çeşidləri

Distant iş modeli keçən il çox ciddi bir sınaqdan keçdi və işlək bir model olduğunu sübut edti. Lakin, insanların hələ də real ünsiyyətə ehtiyacı var, bu səbəbdən bir çox şirkətlər iş modelini yenidən nəzərdən keçirərək hibrid iş rejimi haqqında düşünür. Ofisdə və məsafədən çalışan işçilərin bir araya gətirilməsi şirkətlər üçün mürəkkəb məsələyə çevrilə bilər. İstifadəçiləri bu istiqamətdə dəstəkləmək məqsədi ilə “Dell Technologies” şirkəti yeni ləptoplar və monitorlar çeşidini təqdim edir. Əməkdaşlıq üçün yaradılmış, ekoloji cəhətdən davamlı və yüksək məhsuldarlığı təmin edən məhsullardan hər biri bir sıra peşəkar və fərdi ehtiyacları qarşılayır. Qabaqcıl AI texnologiyası, ən yüksək sənaye standartlarına uyğun təchiz edilmiş displeylər və mükəmməl qrafikalarla “Dell Technologies” qarşıdan gələn on-illiyə hazırdır.

Maksimal Məhsuldarlıq və Ekoloji Davamlılıq

Yeni Latitude 54215521 “Dell Technologies”in Latitude seriyasının ən güclü modelləridir. Faktiki olaraq onlar dünyada ən yüksək məhsuldarlığa və ən kiçik ölçüyə malik kütləvi kommersiya noutbuklarıdır. Onlar biznes-sinif səviyyəsinə uyğun olan məhsuldarlıqla yanaşı yüksək məhsuldarlıq sabitliyini təmin edən Core 8-ə çatan 11-ci nəsil Intel H-sinif vPro prosessorları ilə təchiz edilib. Bu sürət periferiya qurğularına tez qoşula bilən iki C-tipli Thunderbolt 4 Portları və istifadəçinin yaxınlaşdığını avtomatik təyin edərək qurğunu yatma rejimindən çıxardan “Express Sign-In” kimi bir neçə ekspress-funksiya ilə gücləndirilib.

Bununla belə, 64GB DDR4 3200 Mhz-ə qədər Intel Optane yaddaşı, diskret “Nvidia Mx450” qrafikası sayəsində “Latitude” 5421 və 5521 laptopları axın ötürülməsini və iş tapşırıqlarını asanlıqla icra edir. Onu da vurğulamaq lazımdır ki, bu miqyaslı güc protativliyə heç bir xələl gətirmir. Yeni dizaynlı Latitude Seriyası əvvəlki nəsillərə nisbətən daha kiçik və yüngüldür. Onlar dünyanın daha bir qabaqcıl üstünlüyü ilə öyünə bilərlər: 5421 və 5521 noutbukları biznes sinfində geniş yayılmış 14 və ya 15 düymlük noutbuklar arasında dünyada ən yaxşı avtonom iş vaxtına malikdirlər. Bu qismən “Dell Optimizer”lə əlaqəlidir ki, o, sizin istifadə vərdişlərinizə uyğunlaşaraq icra və avtonom iş vaxtını artırır. O, həmçinin tez-tez istifadə edilən proqramların işə salınmasını sürətləndirir və onların daha sürətli işləməsini təmin edir. Bundan başqa, mavi işığın zərərli emissiyasını azaldan innovativ ComfortView Plus texnologiyası sayəsində Latitude 5421 və 5521 modelləri həmçinin sizin gözlərinizin qayğısına qalır!

Ekoloji təsiri azaltmaq istəyənlər üçün Latitude 5421 və 5521 kiçik ekoloji təsirə malikdirlər. Hər ikisi üçün ağac tullantılarından 21% bioplastik istifadə edilir. Eyni zamanda təkrar emal plastiki və sənaye karbonu müvafiq olaraq 30% və 21% nisbətində istifadə olunur. Beləliklə, noutbuklardakı ümumi təkrar emal edilən materialın miqdarı 71%-ə çatır. Beləliklə kompüterlərin dəyərinin çox yüksək olmaması təmin edilir.

Yaradıcı insanlarlar üçün ideal seçim

Bu əsrdə yaradıcılıq hər şey deməkdir. Ən sadə komlektasiyalı “Precision 3561 Mobile Workstation” sələflərindən daha sürətlidir və 11-ci nəsil Intel Core və Xeon VPro prosessorları sayəsində ən sərfəli qiymətə etibarlı gücü təmin edir. Üstəlik, maksimal RAM 2 x 32 GB DDR4, 3200 MHz konfiqurasiyası sayəsində bu model yaradıcı peşəkarlar üçün ideal bir iş stansiyasıdır.

3561 bir sıra müasir xüsusiyyətlərə malikdir. Bu modeldə yarı peşəkar qrafikanı təmin edən NVIDIA T1200 4GB ilə yanaşı 2.5” HDD və ya m2 SSD quraşdırma imkanı təmin edilib. Digər cəhətlər arasında əlavənin məhsuldarlığını optimallaşdıran süni intellektli “Express Response”, 15 dəqiqədə 35% və ya 1 saata 80% yüklənməni təmin edən “Express Charge”, həmçinin Sizin yaxınlaşdığınızı müəyyən edən və sistemi atma rejimindən çıxardan Express Sign-In tanıma texnologiyasını qeyd etmək olar.

Intel Wi-Fi 6E və Bluetooth 5.2 ilə təchiz edilmiş 3561 modeli daha çox cihazı birləşdirmə imkanlı geniş şəbəkə məhsuldarlığı, daha az gecikmə, təkmilləşdirilmiş cavab qabiliyyəti ilə seçilir və xüsusən video konfranslar üçün uyğundur. Bununla bərabər, 2 x Thunderbolt 4 Tip C, 2 x USB 3.1 Gen., 1 x HDMI 2.0, 1 x RJ-45, 1 x Qulaqlıq və 1 x uSD kart oxuyucusu istifadəçilər üçün 3561-ə çox sayda aksessuar qoşmaq imkanını təmin edir. Ləptopun çəkisi 1.74 KG-dan başlayır.

Yüksək keyfiyyətli displeylər, heyran doğurucu visuallar

“Dell Technologies” üçün dizayn son dərəcə vacibdir. Bunun bariz nümunəsi Precision seriyasının 55605760 modelləridir. Dünyanın ən nazik və ən yüngül portativ iş stansiyaları olan bu modellər üstün portativliklə yanaşı maksimal güc axtaranlar üçün ideal seçimdir. Hər iki model VR əlavələri sayəsində fasiləsiz funksionallığı təmin edən premium dizayna malikdir.

Şəkillərin və videoların keyfiyyətli redaktə edilməsi üçün yüksək keyfiyyətli ləptop ekranı lazımdır. “Dell Technologies’ Precision” seriyasının 5560 və 5760 modelləri bu sahədə ən yaxşı ekran-korpus nisbətinə malikdir ki, bu nisbət 93% təşkil edir. 15.6” 4 tərəfli Infinity Edge 16:10 FHD 500nits ekranla və Dell Premier Color ilə təchiz edilmiş hər iki model rənglərin önəm daşıdığı layihələr üçün ideal seçimdir. Bütün mobil iş stansiyalarında vardır, hər biri geniş rəng diapazonunu əhatə edir, 100% AdobeRGB & SRGB rəng palitrası və həssas rəng idarəetmə elementlərinə malikdir. Bir sözlə, 5560 və 5760 modelləri istənilən yaradıcı iş üçün istifadəçiləri virtual mühitə qərq edən bir təcrübə təklif edir.

Comfort View Plus sayəsində 5560 və 5760 modellərinin ekranlarında zərərli mavi işıq daha azdır, bu da öz növbəsində istifadəçilərin gözlərinin mühafizəsini təmin edir. 6 GB GDDR6 ilə yeni nəsil Nvidia RTX A3000 GPU ilə yanaşı, Intel Tiger Lake 8-core i9 vPro və ECC yaddaşlı Xeon prosessorları (3200Mhz olmaqla 64GB) onu göstərir ki, 5560 modelinin məhsuldarlığı yüksək səviyyədədir.

Saxlama yeri ilə əlaqədar bütün ehtiyaclar qarşılanır

Distant işin yayılması ilə məlumatların saxlanılmasına olan ehtiyaclar daha da kəskinləşdi. “Precision Series”in bu son təcəssümləri bazarda ən güclü və miqyaslana bilən mobil iş stansiyalarıdır. 75607760 modellərinin əsas xüsusiyyətləri sırasında Tiger Lake H Core i9 Xeon CPU prosessorları yer tutur. Bundan başqa, 3200MHz ECC/NECC DDR4 yaddaş/3466MhZ SuperSpeed sürəti böyük hesablama gücünü təmin edə bilir.

“Precision 7000 Series” yeni daha nazik və yüngül sənaye dizaynına malikdir. Həqiqətən, 7560 modelinin başlanğıc çəkisi cəmi 2.45 KG təşkil edir. Buna baxmayaraq, bu məhsuldarlığa və saxlama xüsusiyyətlərinə xələl gətirmir. 7560 modeli NVIDIA RTX A5000 (16GB) qrafika ilə 10 TB-a qədər saxlama yeri ilə təmin edilib. Yeni dizaynlı 7560 modeli daha parlaq (600 nits) və 2D arxa işıqlandırmalı HDR600 qədər olan ekranla təchiz edilib ki, bu 100% Adobe rəng qammasına uyğundur. Daha böyük 17.3” FHD/UHD HDR400 ekranla təchiz edilmiş 7760 modeli 14TB saxlama yeri və RAID imkanı ilə təmin edilib. Bunun sayəsində o, daha böyük yaddaşa ehtiyacı olanlar üçün ideal seçimə çevrilir. 7760 modeli sələflərindən daha uzun müddət işləyə bilən 6 hüceyrəli 95 Whr lityum-ion polimer batareyası ilə təchiz edilib.

Sözün Əsl Mənasında Əməkdaşlıq

Distant iş artıq həyatımızın bir parçasıdır. Bu səbəbdən “Dell Technologies” əməkdaşlıq üçün nəzərdə tutulmuş video konfrans monitorlarını təqdim edir. C2422HE, C2722DEC3422WE modelləri Windows Hello xüsusiyyətli 5MP Pop-up Kamera və yüksək keyfiyyətli daxili spiker və mikrofonla təchiz edilib. Hamısı Microsoft Teams tərəfindən sertifikatlaşdırılıb. Bununla yanaşı, həmin modellər 90W PD ilə RJ-45 və USB-C kimi geniş qoşulma imkanları ilə tamamlanıb ki, bu da istifadəçilərin müxtəlif cihazları qoşa biləcəyi deməkdir.

C seriyasının bütün modellərinin hündürlüyünü 140 mm-ə qədər tənzimləmək mümkündür. Təkmilləşdirilmiş idarəetmə imkanları və dizayn xoşagəlməz görünüşlü kabelləri dayağın içində gizlətməyə imkan verir və beləliklə masada səliqə təmin edilir. Bundan əlavə, istifadə rahatlığını təmin etmək üçün Quick Access USB portlarına monitorun alt hissəsindən daxil olma imkanı vardır, onların platin-gümüşü rəngi isə öz zərifliyi ilə istənilən müasir ofisi zənginləşdirir.

Bu modellər OptiPlex Ultra üçün tam uyğundur

Yeni P Seriyalı Monitorlar - Etibarlı və ekoloji cəhətdən təhlükəsiz

“Dell Technologies” ən geniş monitor portfelinə sahibdir. Yeni P Seriyalı Monitorlar ona bir əlavədir. P2222H, P2422HP2722H zərif dizayna, 3 tərəfli son dərəcə nazik çərçivəyə və maksimal rahatlıq üçün əyilə, çevrilə və tənzimlənə bilən daha kiçik korpusa malikdir. Üstəlik, yeni əlavə səs paneli SB521A, monitorun korpusuna maqnit əsasında birləşdirilə bilər və asan idarəetmə üçün intuitiv, asan naviqasiya olunan coystik menyu funksiyasının idarəetmə xüsusiyyəti ilə təmin edilib.

Bütün monitorlar üçün alıcının seçiminə dünya səviyyəli 3-illik Advanced Exchange Service Premium Panel Exchange və əlavə olaraq ProSupport kimi zəmanətlər təklif olunur. Birincisi bir zədəli piksel halında növbəti iş günü ərzində çatdırılmanı təmin edir. Bundan əlavə, bu monitorlar ən son normativ və ekoloji standartlara uyğundur.

Rəng və Komfort – Kompromissiz

İş günümüzün çox hissəsi ekran qarşısında keçir. “Comfort View Plus” ilə təchiz edilmiş yeni P Seriyalı USB-C Hub Monitorları zərərli mavi işığı azaldır və istifadəçilərə görmə qabiliyyətinin qorunması ilə yanaşı daha uzun müddət səmərəli və məhsuldar qalmağa imkan verir. Həm P2422HE, həm də P2722HE ilkin vəziyyətdə 99% sRGB əhatə dairəsinə sahibdir.

RJ45 və USB-C kimi geniş qoşulma imkanlarında malik P2422HE və P2722HE istifadəçilərə həm evdə, həm də işdə effektiv əlaqə qurmasına imkan verir. Digər yeni xüsusiyyət isə “Power Sync”dir. Bu xüsusiyyət ləptopun qapağı bağlı olduğu halda belə monitoru və ona qoşulmuş kompüteri maneəsiz şəkildə işə salmaqla səmərəliliyi artırır.

Heç bir nüansı qaçırtmayın

Görüntü keyfiyyəti xüsusən video axın və ya video konfrans zamanı böyük əhəmiyyət kəsb edir. P3222QE modeli misilsiz bir izləmə təcrübəsi üçün 8 milyondan çox pikselli üstün 31.5” 4K ön ekran təklif edir. P2422HE və P2722HE kimi, o, 99X sRGB əhatə dairəsinə malikdir və istifadəçilər üçün RJ45 və USB-C kimi geniş birləşmə seçimi ilə mükəmməl kabel birləşməsini təmin edir.

Reklam hüququnda

Paylaş:
634

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər