Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - STATİSTİKA

18:10 - 11 / 08 / 2021
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2396 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 357 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 445 nəfər müalicə olunaraq sağalıb, 5 095 nəfər vəfat edib, aktiv xəstə sayı 15518 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 792, ötən müddət ərzində isə ümumilikdə 4 147 588 test aparılıb.

1news.az

Paylaş:
533

Son xəbərlər

Bütün xəbərlər