Həyətində 100-dən artıq qonağın iştirakı ilə toy təşkil edən şəxs cərimələnib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyətində 100-dən artıq qonağın iştirakı ilə toy təşkil edən şəxs cərimələnib - FOTO

12:44 - 13 / 08 / 2021
Həyətində 100-dən artıq qonağın iştirakı ilə toy təşkil edən şəxs cərimələnib - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiya dövrünün tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayonun İtitala kənd sakini Hacı Babayevə məxsus evin həyətində keçirilən toy mərasimində 100 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən edilib.

Sanitar-karantin qaydalarını pozan toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Aytən Sakitqızı

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər