Məcburi göstəriş verildi: Bu ərazilərdə konteynerlər yerləşdiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Məcburi göstəriş verildi: Bu ərazilərdə konteynerlər yerləşdiriləcək

13:34 - 18 / 08 / 2021
Məcburi göstəriş verildi: Bu ərazilərdə konteynerlər yerləşdiriləcək

Bərdə şəhərində məişət tullantılarının qalaqlanması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Ramal Bağırov 1news.az-a açıqlamasında bildirib ki, şəhərin müxtəlif ərazilərinə keçirilən baxış zamanı konteynerlərin az olması səbəbindən tullantıların pərakəndə şəkildə atılaraq qalaqlandığı müəyyən edilib.

“Tullantıların qalaqlandığı ərazilər Bərdə Kommunal Müəssisələri Kombinatının əməkdaşları tərəfindən təmizlənib”.

R.Bağırov onu da qeyd edib ki, gələcəkdə belə hallara yol verilməməsi və şəhər ərazisinə əlavə konteynerlərin yerləşdirilməsi məqsədilə Bərdə Kommunal Müəssisələri Kombinatına məcburi göstəriş verilib.

Aytən Sakitqızı

Paylaş:
513

Son xəbərlər

Bütün xəbərlər