Xarici ölkəyə gedən vətəndaş hansı halda PCR testi verməyə bilər? - RƏSMİ AÇIQLAMA

“Əgər Azərbaycan vətəndaşı ölkədən çıxırsa və peyvənd olunubsa, onun PCR testi verməyə ehtiyac yoxdur. Əgər peyvəndi yoxdursa, onun PCR testinə ehtiyacı var”
1news.az-ın məlumatına görə bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində jurnalistin sualını cavablandırarkən bildirib.
Azərbaycandan xarici ölkəyə çıxış zamanı iki tələbin mövcud olduğunu bildirən Prezidentin köməkçisi həmçinin əlavə edib ki, vətəndaşın getdiyi ölkə PCR testi tələb edirsə, o zaman istər vaksinasiya olunan, istərsə də olmayan hər kəs mütləq qaydada PCR testi əldə etməlidir. Çünki getdiyi ölkə onu qəbul etməyəcək".
Aytən Sakitqızı
641