V qrupda subbakalavrlar qabiliyyət imtahanında iştirak edirlər
V qrupda subbakalavrlar qabiliyyət imtahanında iştirak edirlər. Bu halda ixtisas seçimində də subbakalavrlar qabiliyyət imtahanında iştirak edən abituriyentlərdən sonra yerləşdirilir. Qabiliyyət imtahanları hazırda davam etdiyindən subbakalavrların nəticələrini tam demək mümkün deyil.
1news.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) feysbuk səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə V ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə, həmçinin ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlara ixtisas seçimi zamanı diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verərkən deyib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 20-dən başlanıb və 30-dək davam edəcək. DİM-in Direktorlar Şurasının sədri avqustun 23-də II və III, avqustun 24-də I və IV ixtisas qrupları üzrə abituriyentlərin suallarını cavablandırıb.