BQXK nümayənələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər | 1news.az | Xəbərlər
Cəmiyyət

BQXK nümayənələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər

12:41 - 07 / 09 / 2021
BQXK nümayənələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər

"Sentyabr ayının əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ağdərədə saxlanılan Azərbaycan hərbçisi Cəmil Babayevlə görüşüblər".

1news.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

"Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxsə ailəsi ilə əlaqə saxlamasına şərait yaratsın", - qurum rəsmisi bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır. Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

1news.az

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər