Ramiz Göyüşov YAP-dan çıxarıldı – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramiz Göyüşov YAP-dan çıxarıldı – YENİLƏNİB

S.Xankişiyeva15:25 - 10 / 09 / 2021
Ramiz Göyüşov YAP-dan çıxarıldı – YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri, sosial şəbəkələrdə intim videosu yayılan Ramiz Göyüşov partiya sıralarından xaric edilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.

Qeyd edək ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilmişdi.

09:06

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, iclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun YAP-dan xaric edilməsi məsələsi daxil edilib.

İclasda YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı məsələsinə də baxılacaq.

Qeyd edək ki, Ramiz Göyüşovun sosial şəbəkələrdə qeyri-əxlaqi videoları yayılıb.

YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verilib.

Paylaş:
814

Son xəbərlər

Bütün xəbərlər