Ağdaşda şəhidimizin doğum günü qeyd olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda şəhidimizin doğum günü qeyd olunub

Qafar Ağayev13:02 - 14 / 09 / 2021
Ağdaşda şəhidimizin doğum günü qeyd olunub

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev tərəfindən Ağdaş rayon, Şəmsabad kəndinin İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Feruzlu Əlibəy Samir oğlunun doğum günü anılıb.

1news.az xəbər verir ki, Şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu dərin hüznlə yad edilib.

İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.

Yaşasaydı Əlibəyin 23 yaşı tamam olacaqdı. Şəhid Feruzlu Əlibəy Samir oğlu 14 Sentyabr 1998-ci il tarixində Ağdaş rayonunun Şəmsabad kəndində anadan olub.

4 oktyabr 2016-cı ildə Əlibəy həqiqi hərbi xidmətə çağırılmış, Bakı şəhərində Daxili Qoşunlarda xidmət etmiş və 2018-ci ildə hərbi xidməti başa vuraraq evə qayıtmışdı.

Ancaq Əlibəyin hərbçi olmaq arzusu onu 2019-cu ildə yenidən hərbi xidmətə yönəltmiş və həmin ilin avqust ayında Mingəçevir şəhərində N saylı hərbi hissədə işə başlayıb.

O, hərbidə Xüsusi Təyinatlı Kəşfiyyatçı və Snayperçi olub. 2020-ci ilin iyul döyüşlərində iştirak etmiş və İkinci Qarabağ – Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərə atılıb. Ağdam, Talış kəndi, Suqovuşan, Ağdərə və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edərək Suqovuşanın azad olunması uğrunda 04 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Əlibəy ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Paylaş:
602

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər