Qarabağ Dirçəliş Fonduna “8112” SMS vasitəsilə ianə etmək imkanı yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fonduna “8112” SMS vasitəsilə ianə etmək imkanı yaradılıb

15:42 - 15 / 09 / 2021
Qarabağ Dirçəliş Fonduna “8112” SMS vasitəsilə ianə etmək imkanı yaradılıb

Artıq bütün mobil operator istifadəçiləri (Azercell, Bakcell və Nar) “8112” qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə edə bilər.

SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, Fonda 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN dəyərində ianə etmək mümkündür.

SMS-si göndərdikdən dərhal sonra vətəndaşa ödənişin statusu ilə bağlı müvafiq cavab mətni göndərilir.

Hər hansı bir səbəbdən əməliyyatın uğursuz olması ilə bağlı cavab gələrsə abunəçi əlavə məlumat almaq üçün https://qdf.gov.az/iane-et/sms-telimat səhifəsinə keçid edə bilər. Həmin səhifədə uğursuz əməliyyatlarla bağlı ətraflı məlumat əks olunub.

Qeyd edək ki, SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur.

Xatırladaq ki, Fonda vəsait köçürmək istəyən şəxslər SMS ianə ilə yanaşı, Qarabağ Dirçəliş Fondunun rəsmi veb səhifəsi (www.qdf.gov.az/iane-et/), bankların veb

saytları və mobil tətbiqləri (“Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank”, “Rabitə Bank” və s.), eyni zamanda onlayn ödəmə platformaları (Hesab.az, AsanPay, Hökümət ödəniş portalı, Portmanat, E-pul) və ödəniş terminalları (MilliÖn, E-Manat) vasitəsilə ödənişi həyata keçirə bilərlər.

Məbləğindən asılı olmayaraq edilən hər ianə Qarabağın bərpası üçün böyük töhfədir.

İanə edək, Qarabağı birlikdə daha gözəl bərpa edək!

1news.az

Paylaş:
91

Son xəbərlər

Tovuzda avtoxuliqan polisi maşınla vurubBu gün, 14:10BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəsinin fəaliyyət müddəti başa çatıbBu gün, 14:01Xarici diplomların tanınması üçün müraciətlərin sayı AÇIQLANDIBu gün, 13:49Ölkədə çörəyin bahalaşmasının qarşısını necə almaq olar? - Ekspert rəyiBu gün, 13:36Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilibBu gün, 13:302021-2022-ci ildə peşə təhsili üzrə 21525 tələbə qəbulu olubBu gün, 13:21“Azərenerji”nin əməkdaşını cərəyan vuraraq öldürübBu gün, 13:02Könül Nurullayeva: “Həmsədrlərin sülh səylərinə xələl gətirən addımları Ermənistanı aqressiyaya həvəsləndirir”Bu gün, 12:55Ağdamda beynəlxalq elmi-praktik konfrans keçirilir – FOTOBu gün, 12:47Təhsil tələbə kreditlərinin veriləcəyi tarix AÇIQLANDIBu gün, 12:28“Carlsberg Azerbaijan” yerli arpadan hazırlanmış “Xırdalan” pivəsinin istehsalına başlayıb - FOTOBu gün, 12:15DİN avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarəti gücləndirdi – Qarşısı alınacaqBu gün, 12:12Yeni tədris ili üçün SABAH magistraturası üçün 540 dövlət sifarişli yer verilibBu gün, 11:45Dünya birjalarında neftin bu günə olan qiymətiBu gün, 11:42Qarabağın dirçəlişində sənin də töhfən olsun!Bu gün, 11:30Bəhruz Niftəliyev: “Televiziya mənim üçün həyat tərzidir”Bu gün, 11:24Manatın xarici valyutalara qarşı rəsmi məzənnəsiBu gün, 11:09Kapital Bank illik 8%-dən başlayan sərfəli ipoteka krediti təklif edirBu gün, 10:30Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedirBu gün, 10:23Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başlayıbBu gün, 10:10
Bütün xəbərlər

Next TV