Mətbuat Şurası bu saytlarla bağlı daxil olan şikayətləri araşdırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Mətbuat Şurası bu saytlarla bağlı daxil olan şikayətləri araşdırdı

15:31 - 17 / 09 / 2021
Mətbuat Şurası bu saytlarla bağlı daxil olan şikayətləri araşdırdı

Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

MŞ-dan 1news.az-a bildirilib ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya əvvəlcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “3№ li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin hüquqşunası Ehtiyat Feyzullayevin “Xeberxetti.com”, “xeberfakt.az” və “trendxeber.az” saytlarına qarşı şikayətini araşdırıb.

Müəyyən edilib ki, “Xeberxetti.com” saytı müəssisə barədə material yayarkən, "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları" nın (AJPDQ) balans prinsipini pozub. Yayımlanmış materialda müəssisəyə qarşı ciddi ittihamlar yer tutsa da, qarşı tərəfin rəyi öyrənilməyib, faktlar dəqiqləşdirilməyib.

Saytın baş redaktoru Mirəziz Əzizov qarşı tərəfin rəyini dərc etməklə yol verilmiş xətaların aradan qaldırılacağını bildirib. “Xeberfakt.az” saytının baş redaktoru Sakit Muradov isə qeyd edib ki, qarşı tərəfin müraciəti redaksiyaya daxil olduqdan sonra dərhal nəzərə alınıb və yayımlanmış yazıda yol verilmiş qüsurlar aradan qaldırılıb.

“Trendxeber.az” saytının araşdırılması zamanı müəyyən edilib ki, sayt aktiv deyil, həmçinin KİV qanunvericiliyinin tələblərinə zidd olaraq ünvanı göstərilməyib, əlçatımlı deyil. Şikayətçiyə tövsiyə edilib ki, digər müvafiq qurumlara üz tutsun.

İclasda “Şhaurma1” restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqovun nümayəndəsi Aqil Nuriyev “aktualinfo.org” saytına qarşı müraciəti araşdırılıb. Müəyyən edilib ki, “aktualinfo.org” saytı şikayətçi barədə material yayarkən AJPDQ-nın balans prinsipini pozub. Yayımlanmış materialda müəssisəyə qarşı ciddi ittihamlar yer tutsa da, qarşı tərəfin rəyi öyrənilməyib, faktlar dəqiqləşdirilməyib. Saytın baş redaktoru Telman Məmmədov yol verilmiş xətaların aradan qaldırılacağını bildirib. Tərəflər arasında razılıq əldə edilib.

Aytən Sakitqızı

Paylaş:
243

Son xəbərlər

Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33
Bütün xəbərlər