Qazax sakininin minaya düşməsi ilə bağlı cinayət işi açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazax sakininin minaya düşməsi ilə bağlı cinayət işi açıldı

Qafar Ağayev14:37 - 22 / 09 / 2021
Qazax sakininin minaya düşməsi ilə bağlı cinayət işi açıldı

22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölmüşdür.

Qazax Rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, Prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq davam edir.

Paylaş:
463

Son xəbərlər

Bütün xəbərlər