Yaşı 65-dən yuxarı olan müəllimlərin əyani tədrisə cəlb olunmasına icazə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşı 65-dən yuxarı olan müəllimlərin əyani tədrisə cəlb olunmasına icazə verilib

S.Xankişiyeva11:07 - 22 / 09 / 2021
Yaşı 65-dən yuxarı olan müəllimlərin əyani tədrisə cəlb olunmasına icazə verilib

Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən yuxarı olan şəxslər də qoşula biləcək.

1news.az-ın verdiyi xəbərə görə, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.

Texniki heyət üzrə yaşı 65-dən yuxarı olan işçilər də işə cəlb olunacaq.

Qeyd edək ki, əvvəl yaşı 65-dən aşağı olan təhsil verənlər təhsilə cəlb olunmalı idi.

Paylaş:
442

Son xəbərlər

Bütün xəbərlər