Bir ailənin iki qəhrəmanı: Əmisi I, özü isə II Qarabağ müharibəsində şəhid olan Elçin Zalov kimdir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir ailənin iki qəhrəmanı: Əmisi I, özü isə II Qarabağ müharibəsində şəhid olan Elçin Zalov kimdir?

09:00 - 28 / 09 / 2021
Bir ailənin iki qəhrəmanı: Əmisi I, özü isə II Qarabağ müharibəsində şəhid olan Elçin Zalov kimdir?

44 günlük Vətən müharibəsində canını Vətənə fəda edən igidlərimizdən biri də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Zalov Elçin İslam oğludur.

1news.az xəbər verir ki, 1995-ci ilin 6 iyununda Beyləqanın Dünyamalılar kəndində dünyaya göz açan Elçin kiçik yaşlarından vətənə olan sevgisi ilə yaşıdlarından seçilib. Vətənnə bağlılıq, torpağa sevgi Elçinə əmisindən keçmişdi. Özü ikinci, əmisi isə birinci Qarabağ müharibəsində şəhid olub. 44 Vətən müharibəsində işğalçı ölkənin xeyli sayda canlı və texniki qüvvəsini darmadağın edən Elçin, Vətən müharibəsində ilk çağırışda könüllü olaraq döyüşə yollanır.
1news.az-a oğlundan danışdıqca qəhərlənən şəhidin anası Şəhla Nəcəfova deyir ki, Vətən uğrunda şəhid olmaq Elçinin çoxdankı arzusu idi.

“Oğlum əvvəlcə Füzuli, daha sonra isə Cəbrayıl istiqamətində gedən döyüşlərdə fədakarlıq göstərib. Oktyabrın 21-də isə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Mən onun yoxluğuna dözə bilməsəm də, balamın Vətən uğrunda şəhid olması ilə təsəlli tapıram. Balam ən ali zirvədədir, ölməyib, yaşayır. Çünki şəhidlər ölmür”.
Qeyd edək ki, şəhid Elçin Zalov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Aytən Sakitqızı

Paylaş:
433

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər