Gəncə terrorunda valideynlərini itirən Sevilə xüsusi təqaüd veriləcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə terrorunda valideynlərini itirən Sevilə xüsusi təqaüd veriləcək – FOTO

S.Xankişiyeva12:00 - 01 / 10 / 2021
Gəncə terrorunda valideynlərini itirən Sevilə xüsusi təqaüd veriləcək – FOTO

Vətən müharibəsi dövründə Ermənistanın Gəncə şəhərini bombalaması nəticəsində hər iki valideynini itirən və hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi adını qazanan Sevil Əliyevaya təhsil aldığı illər ərzində xüsusi təqaüd veriləcək.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Aqrar Universitetin rektoru İbrahim Cəfərovun təşəbbüsü ilə Universitetin Elmi Şurasının qərarı ilə büdcədənkənar vəsait hesabına tələbəyə hər ay 150 manat məbləğində təqaüd veriləcək.

Qeyd edək ki, S.Əliyeva universitetin Aqrar İqtisadiyyat fakültəsinə qəbul olunub. Ötən gün universitetin rektoru yüksək bal toplamış tələbələrlə, o cümlədən S. Əliyeva ilə görüşüb, ona tələbə biletini təqdim edib və planşetlə mükafatlandırıb.

Xatırladaq ki, ötən il oktyabrın 11-də Gəncəyə atılan raket mərmisi nəticəsində 16 yaşlı Sevil və səkkiz yaşlı qardaşı Hüseyn hər iki valideynini itirib. Onların valideynləri - Nurçin və Anar Əliyevlər dağıntı altında qalaraq həyatlarını itirib.

Paylaş:
402

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər