Ramanada ustanı elektrik cərəyanı vurub öldürdü - Araşdırma başlanıldı
Oktyabrın 10-u saat 18 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən dəmirdüzəltmə sexində usta işləyən 1992-ci il təvəllüdlü Mahir Səmədzadənin iş yerində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.
384