Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 494067 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 474517 nəfər müalicə olunaraq sağalıb, 6692 nəfər vəfat edib, aktiv xəstə sayı 12861 nəfərdir.
Ölkədə son sutka ərzində 11569, hazırkı dövrədək isə 4969881 test aparılıb.
Azərbaycanda koronavirus əleyhinə vaksin olunanların sayı ümumi sayı 9 milyonu keçdi - STATİSTİKA
740